03 February 2023

MBH üzvü, keçmiş siyasi məhbus həbs olundu

İki gün öncə saxlanılan keçmiş siyasi məhbus Etibar İsmayılovun bu gün evində polis işçiləri axtarış aparıb. Məlumatı ailə üzvləri verib. Belə ki, iki gün öncə saxlanılan Etibar İsmayılov bu gün Sabunçu Rayon Məhkəməsi önünə çıxarılaraq barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi başlanıb. 4 aylıq sanksiya alan İsmayılov günün ikinci yarısı 1 saylı müvəqqəti saxlama təcridxanasına köçürülüb.

Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Fevralın 4-də Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqə turnirin püşkü atılıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, məlumatına görə, mərasimdə Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.

60 kq

Balabəy Ağayev - Mateus Takaki (Braziliya)/Petros Çristodoulides (Kipr) cütlüyünün qalibi

Suriya işi: “Azəri camaatı”na qoşuldu, döyüşlərdə yaralandı

Suriyada silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 45 yaşlı Akif Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. 

"Tərtər işi" üzrə zərərçəkənlərin qohumları günahkarların cəzalandırılmasını tələb ediblər

Operativtv.com Turana istinadən xəbər verir ki, fevralın 3-də "Tərtər işi" kimi tanınan cinayət işi üzrə zərərçəkənlərin yaxınları "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"də tədbir keçiriblər.

Onlar yenə bu işdə kütləvi kobud qanun pozuntuları məsələsini qaldırıblar və kütləvi işgəncələrə imkan verən və əsassız hökmlər çıxaran şəxslərin hələ də cəzalandırılmamasından narazılıqlarını bildiriblər.

Gürcüstanın keçmiş lideri Saakaşvilinin həkimləri və vəkilləri xəbərdarlıq etdi: O, ölüm təhlükəsi ilə üz-üzədir

Gürcüstanda reanimasiyaya aparılan sabiq prezident Mixail Saakaşvilinin həkimləri və vəkilləri həbsdə olan siyasətçinin ağır çəki itirməsi səbəbindən “ölüm riski” ilə üzləşdiyi barədə xəbərdarlıq ediblər. 55 yaşlı keçmiş lider 2021-ci ilin oktyabrında “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə həbs edilib. Bu qərara etiraz olaraq 50 gün aclıq aksiyası keçirən siyasətçi ötən il xəstəxanaya köçürülüb. Saakaşvilinin bu prosesdə çəkisinin 115-dən 68-ə düşdüyünə diqqət çəkən vəkillər, "Bu arıqlama onun həyatını təhlükə altına alır" deyib.

MBH üzvülərinə qarşı həbslər davam edir

Fevralın 2-si səhər saatlarından saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Ceyhun Arif oğlu Babaşovdan ailəsi hələ ki xəbər ala bilməyib. Beyləqan sakini, inanclı Ceyhunu fevralın 2-si Beyləqan polisi iş yerinə gələrək onu zorla idarəyə aparıblar. O, hansı səbəbə görə getməsinə təkidli xəbər alsa da, polislər bunun idarədə aydınlaşdırılacağını söyləyərək cavab verməkdən çəkiniblər. Günün sonunda isə evə gələn bir neçə polis işçisi evdə axtarış aparacaqlarını Ceyhunun həyat yoldaşına bildirib. Bundan sonra evdə geniş axtarış tədbirləri həyata keçirilib.

“Müsəlmanlar Quranı yandıranların ardınca getməzlər”

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu Baş Komandanı general-mayor Hüseyn Səlami Avropada Quranı yandıranlara xəbərdarlıq edib. O, dünən qatıldığı tədbirdə etdiyi çıxışda Avropada Quranın yandırılması aktına reaksiya verib. Səlami “Quranın əzəmətinə və cazibəsinə dözə bilməyən düşmənlər ona hörmətsizlik etməyə əl atdılar” - deyib. Qurani-Kərimi yandıranların mürtəd Salman Rüşdinin taleyindən dərs almaları lazım olduğunu bildirən general-mayor, "Müsəlmanlar onları cəzalandıracaq.

İşğal altındakı Şərqi Qüdsdə kilsəyə hücum edilib

İşğal altındakı Şərqi Qüdsün Köhnə şəhər bölgəsindəki tarixi kilsəyə daxil olan fanatik yəhudi çəkiclə Həzrəti İsanın heykəlinə hücum edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İsrail polisi verdiyi yazılı açıqlamada Köhnə şəhərdəki kilsədəki heykələ zərər verən Amerika Birləşmiş Ştatları vətəndaşı turistin saxlanıldığı bildirilib.

Fransada hicablı basketbolçunun oyunlarda iştirakına qadağa qoyulub

Fransada basketbol klubunun müsəlman qadın oyunçusu hicab geyindiyi üçün ölkəsinin oyunlarında iştirakına qadağa qoyulub.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, fransalı hakim, Salimata Sillanı Fransanın şimalındakı Escaudin şəhərində keçirilən turnirdə hicab geyindiyi üçün Aubervilliers basketbol klubundan diskvalifikasiya edib.

ŞOK İDDİA: ABŞ Rusiyaya Ukraynanın 20%-ni təklif edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Vilyam Börns sülh müqaviləsinin imzalanmasının əvəzində rəsmi Kiyevə Ukrayna ərazisinin 20%-ni Rusiya tərəfinə verməyi təklif edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, “Neue Zürcher Zeitungсо” (NZZ) bu bardə anonim yüksək vəzifəli mənbələrə istinadən iddia edib.

Makron Netanyahu ilə görüşdə İranın nüvə proqramının sürətlə irəlilədiyini bildirib

 Fransa prezidenti İsrailin baş naziri ilə görüşündə Ukrayna müharibəsində İranın Rusiyaya hərbi dəstək verdiyini, habelə bu ölkənin nüvə proqramının sürətlə irəliləməsi qarşısında qətiyyət göstərməyin lazım olduğunu bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Eliza Sarayı bəyanat verib.

Zlatan İbrahimoviç Çempionlar Liqasında iştirak etməyəcək

İtaliyanın "Milan" komandasının futbolçusu Zlatan İbrahimoviç cari mövsüm UEFA Çempionlar Liqası oyunlarında iştirak etməyəcək.

Operativtv.com Reporta istinadən məlumatına görə, 42 yaşlı hücumçu qitənin bir nömrəli klub turniri üçün sifariş olunmayıb.

İsveçrəli forvard hazırda zədəsini sağaltmağa davam edir.

Bundan əlavə, "Milan"ın müdafiəçisi Serjinyo Dest də heyətdən kənarda qalıb. 23 yaşlı oyunçunu Malik Tşau əvəzləyib.

Müsəlman konqresmen İsrail əleyhinə bəyanatlarına görə cəzalandırılıb

Müsəlman konqresmen İsrail əleyhinə bəyanatlarına görə cəzalandırılıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, ABŞ nümayəndəsi xanım İlhan Ömər (D-Minnesota ştatı) İsrail əleyhinə bəyanatlarına görə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindən uzaqlaşdırıb.

Burada 218 lehinə, 211 əleyhinə olmaqla İlhan Ömərin Xarici Əlaqələr Komitəsindən kənarlaşdırılmasına səs verilib.

AXCP üzvünə həbs cəzası verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Orxan Baxışlı saxlanılıb. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə fevralın 2-də fəalın anası Kəmalə Rəhimli məlumat verib. 

Onun sözlərinə görə, oğlu səhər işə getmək üçün evdən çıxıb, amma bundan sonra ondan xəbər almaq mümkün olmayıb. 

Bəxtiyar Hacıyev 25 gündür istintaq təcridxanasında aclıq edir

Operativtv.com Turana istinadən xəbər verir ki, ictimai fəal Bəxtiyar Hacıyev 25-ci gündür ki, Bakı 1 saylı İstintaq Təcridxanasında aclıq edir.

Fevralın 2-də vəkillər Zibeydə Sadıqova, Elçin Sadıqov və Fəxrəddin Mehdiyev ona baş çəkiblər.

Mehdiyev Turan-a bildirib ki, Hacıyevin vəziyyəti pisləşməkdə davam edir.

ABŞ prezidenti İordaniya kralı ilə görüşdə Qüdsdəki gərgin vəziyyəti müzakirə edib

ABŞ prezidenti Co Bayden cümə axşamı Ağ Evdə İordaniya Kralı II Abdullahı qəbul edərkən Qüdsdə əl-Əqsa məscidi ilə bağlı “qanuni status-kvonu” dəstəklədiyini bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

Dəfnə çağırılan keçmiş Gəncə məhbusunu narkotik ittihamı ilə həbs edilib

Şəmkir sakini Yusifov Alim Vahid oğlunu fevralın 1-də saat 17 radələrində dəfndə iştirak etmək üçün dəvət edildiyi ünvanda polislər tərəfndən saxlanılıb. Bu barədə dastan.info-ya onun anası Əliyeva Arzu Məsi qızı məlumat verib: "Alimə axşamüstü zəng vurublar ki, dəfndə iştirak etsin. O, da deyilən ünvana gedib, tutub aparıblar. Bizim də xəbərimiz yoxdur. Gördük qayıtmadı axtarmağa başladıq. Məlum oldu ki, tutublar. Oğlum siqaret də çəkmir, ibadət əhlidir. Oğlumu 234.1.1 maddəsi ilə şərləyiblər. Fevralın 2-də Şəmkir Rayon Məhkəməsində işinə baxıblar".