Müqtəda Sədr: Qədir-Xum bayramı İraqda bayram elan edilməlidir

Milli Şiə Hərəkatının (keçmiş Sədr Hərəkatı) lideri cümə günü İraq parlamentindən Qədir-Xum bayramının ölkədə bayram kimi qəbul edilməsini istəyib.

Müqtəda əs-Sədr öz bəyanatında belə elan edib: “İraq xalqının və mötədil milli çoxluğun göstərişinə əsasən, bütün qəbilələri ilə birlikdə İraq Nümayəndələr Palatası Zilhiccənin18-ci gününü  mənsubiyyətindən və inancından asılı olmayaraq, bütün iraqlılar üçün rəsmi tətil elan edilməlidir.

Sədr şiə milli hərəkatından belə bir qərarı bütün dinc və qanuni vasitələrlə dəstəkləməsini istəyib.

“Belə bir məsələ din, məzhəb, iman və mötədilliyi sevən şiə və sünnilərin qorunması və Əmir əl-möminin Əli bin Əbi Talibin müdafiə etdiyi məzlumlara dəstəkdir.

 

TR.SHAFAQNA.COM