İranın hava hücumundan müdafiə sistemləri iyunda baş vermiş 12 günlük müharibədən sonra ciddi inkişaf nümayiş etdirməyə davam edir.
Bu barədə İranın “Tehran Times” nəşri məlumat yayıb.
Hərbi qurum altı gün ərzində ABŞ-nin dördüncü qırıcı təyyarəsinin vurulduğunu açıqlayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına görə, ABŞ-nin F-15 qırıcı təyyarəsi İranın hava hücumundan müdafiə sistemləri tərəfindən bloklandıqdan sonra ölkənin cənub-qərb sərhədləri yaxınlığında qəzaya uğrayıb.
Bəyanatda deyilir: “Çərşənbə günü səhər saatlarında iki nəfərlik ekipajı olan, çoxməqsədli zərbə qırıcı təyyarəsi F-15E “Strike Eagle” SEPAH-ın Aerokosmik Qüvvələrinin yeni hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla hədəfə alınıb və İranın cənub-qərb sərhədləri yaxınlığında qəzaya uğrayıb”. Bəyanatda iki pilotun taleyi ilə bağlı məlumat verilməyib.
Bundan əvvəl İran üç F-15 təyyarəsinin İran hava məkanına daxil olmadan əvvəl vurulduğunu bildirmişdi. Həmin hərbi təyyarələr Küveyt ərazisinə düşmüş, pilotlar katapult edərək təyyarəni tərk etmişdilər. Lakin ABŞ hərbi qurumları onların “ehtimal olunan” dost atəşi nəticəsində vurulduğunu iddia edib.
Bundan başqa, İranın qərbində beşinci F-15 təyyarəsinin vurulduğuna dair təsdiqlənməmiş məlumatlar da var. İran Silahlı Qüvvələri bu hadisəni hələ təsdiqləməyib.
Ekipajlı ABŞ hərbi təyyarəsinin vurulması sonuncu dəfə 27 il əvvəl Kosovo müharibəsi zamanı baş verib.
KİV: İran dördüncü F-15 təyyarəsini vurub