"Meclis.info" saytının həbsdə olan rəhbəri İmran Əliyev onurğa nahiyəsindəki yırtığa görə əməliyyata ehtiyacı olduğunu deyir.
"Azadlıq Radiosu"nun xəbərinə görə, o, bunu martın 31-də keçirilən məhkəmə prosesində dilə gətirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə İ.Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində və Penitensiar Xidmətin Müalicə Müəssisəsində maqnit-rezonans tomoqrafiya (MRT) müayinəsi üçün aparatın olmadığını bildirib.
Buna görə də, vəkili onun mülki xəstəxanada müayinədən keçməsinə icazə verilməsi üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.
Prosesdə daha sonra iş üzrə təqsirləndirilən şəxslərdən ictimai fəal Elgiz Qəhrəman və "Meclis.info" ilə mühasib kimi əməkdaşlıq etmiş Tamilla Musayeva dindirilib.
E.Qəhrəman özünü təqsirli bilmədiyini, İ.Əliyevlə sadəcə dostluq etdiyini və onun xahişi ilə "Meclis. info"nun fəaliyyətinə kömək etdiyini bildirib.
"Biz danışıb görüşmüşük, kofe içmişik, söhbətləşmişik. Mən riyaziyyat-informatika sahələrini bilən adamam. O, rəhbərlik etdiyi saytın fəaliyyəti, maraq dairəsinə görə Milli Məclislə bağlı açıq mənbələrdəki informasiyaların götürülməsi üçün kömək istəyib, mən də etmişəm. Hamısı açıq məlumatlardır", - o qeyd edib.
Fəal əlavə edib ki, Bakı Şəhər Baş Polis İdarəsində dindirilmə zamanı ona bir sıra sənədlərin surətini göstəriblər və o, sənədlərdəki imzaların ona məxsus olmadığını deyib.
T.Musayeva da özünü təqsirli bilmədiyini vurğulayıb.
"Mən heç bir saxta sənəd tərtib etməmişəm, qanunsuz iş görməmişəm. Heç kimin əvəzinə imza atmamışam", - o deyib.
Növbəti məhkəmə prosesində İ.Əliyevin özünün ifadə verməsi gözlənilir.
İmran Əliyev 2024-cü il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb, sonradan bu siyahı 8 maddəyə qədər genişləndirilib.
İctimai fəal Elgiz Qəhrəman və Tamella Musayeva da eyni iş üzrə təqsirləndirilən şəxs qismində ötən ilin fevral ayında cinayət məsuliyyətinə cəlb olunublar. Onlar barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Hazırda hər üç şəxs 12 ilədək həbs cəzası nəzərdə tutan 8 ağır maddə ilə ittiham olunur.
İmran Əliyev cərrahi əməliyyata ehtiyacı olduğunu deyir