Toqquşan siyasi maraqlar və rejimlərin idarəçilik sistemlərində xalqa deyil, daha çox rəhbərliyə yönəlmiş yanaşmalar heç bir qanun pozuntusu törətmədən günlərdir saxlanılan Gültəkin Hacıbəyli barəsində Türkiyə dövləti tərəfindən çıxarılan deportasiya qərarında bir daha açıq şəkildə özünü göstərir.
İki sistemin ortaq maraqlarına xidmət edən bu yanaşma nəticəsində Gültəkin xanımın həbsi Türkiyə dövlətinin dəstəyi ilə deportasiya mərhələsinə qədər gətirilib.
Baş verən hadisə təbii olaraq hiddət və dərin təəssüf doğurur. Biz Gültəkin Hacıbəyliyə qarşı siyasi təzyiqləri və planlı həbsi qətiyyətlə pisləyir, Türkiyə dövlətini isə hələ yanlış qərara düzəliş imkanı olduğu bir vaxtda bu məsələyə yenidən baxmağa çağırırıq.
Azərbaycan hakimiyyətindən isə davam edən siyasi həbslərə son qoymağı və günahsız saxlanılan şəxslərin dərhal azad edilməsini tələb edirik.
Müsəlman Birliyi Hərəkatı
MBH Gültəkin Hacıbəylinin Türkiyə dövləti tərəfindən deportasiya edilməsi ilə bağlı qərarı pislədi