Hacc ziyarəti üçün kvotanın cəmi 9 faizi tamamlanmamış qalır.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Hacc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, Hacc ziyarəti üzrə kvotanın 91 faizi artıq tamamlanıb, 9 faiz yer qalıb:
“Kvota hələ ki, tamamlanmayıb. Bayram günlərindən sonra da tamamlana qədər sənəd qəbulu davam etdiriləcək”, – o, bildirib.
Qeyd edək ki, Hacc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq.
Səudiyyə Ərəbistanı Krallığının Hacc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq builki Hacc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılmışdı.
Hacc ziyarəti üzrə kvota tamamlanıb?