“Yoldaş Media”-nın təsisçisi və ictimai fəal Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib.
Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə bu barədə qərar qəbul edilib.
Prosesdə çıxış edən dövlət ittihamçısı isə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Əhməd Məmmədli ötən il mayın 6-da saxlanılıb və mayın 8-də barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur.
İttiham aktında iddia olunur ki, o, sərnişin kimi mindiyi avtomobildəki digər sərnişinə mübahisə zəminində bıçaqla xəsarət yetirib.
Özü ittihamı rədd edir və keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib