Orta məktəblərdə hicablı qız uşaqlarının məktəbə buraxılmaması ilə bağlı növbəti qadağa Bakı şəhəri Mehdiabad qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə yaşanıb. Valideyn Fərhad Səfərov sosial media üzərindən etdiyi paylaşımda qızının hicablı olması səbəbindən məktəbə buraxılmamasını bildirib.
“Bu gun (10.03.2026) qızımın təhsil aldığı Bakı şəhəri Abṣeron rayonu Mediabad qəsəbəsi 1 nomreli məktəbə çaqırılaraq qızımın hicabıl olduqu üçün təhsildən uzaqlaṣdırıldığını və təhsilini davam etməsi üçün hicabını açmalı oduğunu mənə dedilər və bunula da qızımı məktəbdən uzaqlaṣdırdılar.
Hər hansı bir qanunun bu barədə qadağalı olmadığı halda məktəb direktoru bunu hansı əsasa dayanaraq etdiyi məlum deyil. Məlum olan budur ki, o, qərar verib və hicablı olduğu üçün qızımı dərsə buraxmır.
Mənim qızım da bu ölkədəki başqa qızlar kimi təhsil almaq hüququna malikdir və bu huququ ona Azərbaycan Respublikasının Konsitutsiyası verib. Bu haqqı ondan alan hər bir kəs, kimliyindən asılı olmayaraq bu ali qanunu pozumuṣ olur. Inanıram ki, adiyyatı qurumlar buna münasibət bildirəcək.
Biz müsəlmanıq və dinimizin bizə vacib buyurduğu hökümləri qanun çərçivəsində icra etmək bizim Allah müqabilində olan mənəvi vəzifəmizdir. Bu iki dəyəri – İlahi dəyər olan hicab və təhsiz almaq hüququnun qarşı-qarşıya qoyulması isə əsla doğru olmayan və qəbul edilməyən bir işdir.
Hər kəsdən xahiṣim budur ki, bu məsələni diqqətdə saxlasın və bunun qanuni yolla həllində mənə kömək göstərsin.”
Hal-hazırda təhsil müəssisələri, məktəb drektorları və valideynlər arasında yaşanan belə hallar təhsil idarəsinin diqqət mərkəzində olmalı, süni genişləndirilən bu problemin səbəb olduğu uşaqların təhsildən uzaqlaşdırmaq probleminin həllinə addım atılmalıdır. Bu vəziyyətin hansı böhranlara yol açacağı isə göz önündədir.
Bir zamanlar inanclıları savadsızlıqda suçlayanlar bu gün baş örtüyündə olan qız uşaqlarının təhsildə göstərdikləri yüksək nəticəni görməzdən gəlməməlidirlər. Məlum məsələni həll etmək üçün addım atmaq, hicabın məktəbli geyiminə uyğunlaşdırmaq artıq dünya təhsizl sistemində praktiki və geniş yayılmış insidentdir. Sankı kimlərsə bu məsələnin daha gərgin hal alması, daha çox məktəblərdə qadağalar səbəbindən etirazların baş qaldırmasına maraqlı kimi hələ ki, susmaq mövqeyini seçmələri çox narahatedicidir.
Orta məktəbdə növbəti hicab qadağası-bu dəfə 1 saylı Mehdiabad orta məktəbində