Hicaba süni qadağaya cavab bütün dövlət idarələrində eynidir: “Məsələ direktorun ixtiyarındadır” – valideynlər müraciətlərində eyni cavabı alır
Mart ayının əvvəllərindən müxtəlif məktəblərdə hicaba qoyulan süni qadağa səbəbindən təhsildən uzaqlaşdırılan şagirdlərin valideynləri Ombudsman Aparatına, Elm və Təhsil Nazirliyinə, Elm və Təhsil üzrə Dövlət Agentliyinə, Regional Təhsil İdarələrinə müraciət ediblər.
Cavab məktubları eyni məzmundadır:
· Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 saylı qərarına əsasən, uşaqlar məktəbə məktəbli geyimi ilə gəlməlidir.
· Geyimə nəzarətin tənzimlənməsi məktəb direktorlarının ixtiyarına verildiyindən, məsələ direktorların razılığı əsasında icra edilməlidir.
Nəticə: dövlət “bitərəfliyini” qoruyur, problemi valideynlərlə məktəb direktorları arasında qarşıdurma səviyyəsində həll etməyə çalışır. Lakin qadağa göstərişi verən hakim sistem birmənalı qərar verməməklə, məhdudlaşdırıcı rola malik olan tərəfin məhz özü olduğunu ortaya qoyur.
Məsələ uzanır, aylardır təhsildən məhrum olan qız uşaqlarının sayı artır.
Məsələ uzanır, təhsildən məhrum olan qız uşaqlarının isə sayı artır