Tbilisidə ənənəvi şənbə yürüşü bu dəfə mediaya dəstəyə həsr olunub.
Aksiya iştirakçıları “Mziyaya azadlıq, siyasi məhbuslara azadlıq” şüarı yazılmış banner açaraq yürüş ediblər.
Etirazçılar eyni zamanda müxtəlif məzmunlu plakatlar, həmçinin Gürcüstan, Ukrayna, ABŞ və Avropa İttifaqının bayraqlarını qaldırıblar.
Qeyd edək ki, vətəndaşlar bir ildən artıqdır ki, qanunverici orqan qarşısında etiraz aksiyaları keçirərək yeni parlament seçkilərinin təyin olunmasını və aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.
Tbilisidə etiraz yürüşü keçirilib