Bu siyasət Azərbaycanı vətəndaş müharibəsinə sürükləyir

İllərdir alışdırılan dini müstəvidə ziddiyyətlər bu gün kluminasiya həddinə yüksəlib. Dünənə qədər İslam dininə qarşı səfərbər olanlar bu gün Quranı yandırmaq, Allahı təhqir etmək, Peyğəmbəri (s) aşağılamaqdan çəkinmirlər. Sosial mediada açıq hədyan çıxışlar qarşı tərəfin səbr kasasını doldurmaqla yanaşı hakimiyyətin buna seyirçi olmasından yaranan mənzərə onları geri dönüşü olmayan vəziyyətə çəkməkdədir.

Bütün müqəddəs dəyərlərin ayaq altına alındığı bir durum susqun rejim müqabilində adekvat reaksiya üçün fərdi şəxsləri bu oyunun mərkəzinə çəkir ki, bu da dəhşətli vətəndaş müharibəsinin qapısının açılması təhlükəsini aydın nümayiş etdirir.

Praktikada artıq yaşanan bənzər hadisələr acı sonluğu ortaya qoymuşdusa, bu gün vəziyyət tam fərqlidir. Dünən din haqqında alçaldıcı ifadə sahibləri bu günkü cəbhəsini genişləndirməyə davam edir. Hər kəs hansısa inam və inancı qəbul edə və digərini rədd edə bilər. Lakin bunu qarşı tərəfi qıcıqlandıraraq, aşkaranə və alçaldaraq icra etməsi nəinki qanun, hətta bütün dəyərləri ayaqlar altına qoyur.

Hakimiyyətin buna susqun reaksiyası bəlli bir siyasət, diqqətlərin istiqamətini yönəltmə, qarşıdurma yaranarsa hər iki tərəfi itttiham etməklə ciddi qadağalı rejimi daha sərt hala gətirmə və sair tam fərli bir səbəbdən baş versə belə nəticə gərgin bir niftərin püsgürməsinə gətirib çıxaran bir hal olaraq onun üçün də xoş bir vəziyyət sərgiləməyəcək.

Hər bir insan ona aid müqəddəs dəyərlərə, inanca bağlı olaraq yaşayır və bu onun həyat qanunudur. Bunu alçaltmaq, aşağılamaq, təhqir etmək onun itirə biləcəyi ən son dəyəridir ki, bundan sonrakı addımlar heç kəsin hesablamayacağı qədər qorxuludur.

Bir daha dövlətin güc strukturu, təhlükəsizlik idarələri və nəhayət ağıl insitutlarıni yaşanan gərginliyə diqqət etməyə, dini alçaltmağa davam edən şəxslərə qarşı ölçü götürməyə çağırırıq. Artıq bütün sədlər aşılıb. Növbəti mərhələ birinin digərinin canına düşəcək dəhşətli mübahisənin meydanına şahidlik deyil, hər kəsi məcburi iştirakçıya çevirəcək. Nə qədər ki, bir qrupun ağılsızlığı, marağı vəziyyəti tam olaraq məcrasından çıxarmayıb bunun qarşısını alın.