Son günlər geniş müzakirə obyektinə çevrilən Səfəvi Şah İsmayıl Xətai mövzusunun getdikcə daha qlobal məcraya çevrilməsini təsadüfi saymaq olmaz. Xüsusilə son illərdə başlanan dini müstəvidə mübarizələrin əsas hədəfində din məfhumunun durması bir gün tarixi kimliyimizdə aparıcı rola malik olan Şah Xətaini məhz bu kontekstdə gündəmə gətirəcəyi gözlənilən idi.
Məlumdur ki, mübahisələrin əsasında Şahın dövlətçilik, ərazi və ya dil kimi aktual məsələlərin durması əvəzinə dini düşüncələr, xüsusilə ölkənin əsas sistemində tək məzhəbin – şiəliyin qabardılması dayanır. Bu sırada nifrətli bir dünyagörüşünün gizlənməsini düşünmək olar. Lakin son günlər, əsasən Fazil Mustafanın bunu elə aşkaranə söyləməsi illərdir davam edən nifrətin kulminasiya nöqtəsinə yüksəlməsi təəssüratı üzərindən pərdəni qaldırdı.
Azərbaycanda (kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq) şiəliyin əsas dini baxış olması heç kəsə gizli deyil. Bunun regional, siyasi və ya digər müxtəlif səbəblərdən baş verməsi bu gün üçün artıq heç bir əhəmiyyət daşımayan bir reallıqdır – milli kimliyimizdə İslam, xüsusilə şiəlik oturuşmuş və qəbul edilmişdir. Bunun başlanğıc nöqtəsini tədqiq etmək tarixin belə gücündən xaricdir. Lakin dövlət olaraq rəsmiləşmə, bir din olaraq sənədlərdə təsdiq olunduğu tarix məlumdur ki, Şah İsmayıl Xətai ilə bağlıdır.
Buna qarşı birmənalı mübarizə aparmaq mümkün deyil. Etirazçılar bunun həqiqətini anladıqları üçün illərdir dini Azərbaycan Səfəvi dövlətinin varlığında dağıdıcı bir təsir olaraq göstərməyə, qabartmağa çalışırlar. Onların əsl hədəfi Səfəvi dövləti deyil, Şah İsmayılın dövlətə əsas məzhəb olaraq seçdiyi şiəlikdir. Bu əsaslanmanı qəbul etdirmək üçün isə türkçülük fikrinin arxasında anti-şiə əqidələrini gizlədərək, guya Səfəvilərin Osmanlı ilə müharibələrinin məhz dini ayrı-seçkilikdən doğmasını misal göstərərək məzhəbi əsas hədəfə çevirməyə çalışırlar.
Dinləndikdə bütün bunların qurama olduğunu görmək təkcə Fazil Mustafanın şiəliyə nifrəti səbəbindən bu addımı atmasını təsdiq etməyə kifayət edir. Bununla yanaşı, məhz bu prizmadan çıxış edənlərin ümumisini bir sıraya düzəndə – inanın ki, elə bir sıraya düzələcək qədərdirlər – nə ateisti, nə vəhhabisi, nə də ümumiyyətlə hansı yolda olduğunu anlaya bilməyib vətənpərvərlik libasına bürünənlərin ümumi tabloda şiəliyə nifrət ətrafında cəmləndiklərini görmək olar.
Şah İsmayıl Səfəvi – son dövrlər hədəflənən oyunun pərdəarxası məqamları - 1-ci hissə