Suriya İraqla sərhədə qoşun cəmləşdirir

Suriya ordusu maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib və bölmələr İraqla sərhədə köçürülüb.

Bu barədə mənbələrə istinadən “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata əsasən, Ərəb Respublikasının Müdafiə Nazirliyi şəxsi heyətin “maksimum döyüş hazırlığına” gətirilməsini və “Suriya-İraq sərhədi boyunca hərbi hissələrin yerləşdirilməsini” əmr edib. Bu tədbirlərin səbəbləri barədə heç bir məlumat verilməyib.