“Meydan TV işi” üzrə həbsdə olan kanalın baş redaktoru Aynur Elgünəş Ədliyyə Nazirliyinin məhbuslar arasında “Sentral” kimi tanınan Müalicə Müəssisəsində keçirdiyi üç gün barədə yazıb.
Elgünəş səhhətində yaranan problemlərə görə müəssisəyə köçürüldüyünü, qadın korpusunda ağır şərait və antisanitariya ilə qarşılaşdığını bildirir.
Onun sözlərinə görə, təxminən 25-30 kvadratmetrlik palatada səkkiz nəfərlik yataq yeri vardı. Digər palatada isə yeddi qadın saxlanılırdı. Ümumilikdə korpusda 18 qadının qaldığını yazır.
Jurnalist bildirir ki, qadınların ayrıca çimmək yeri yoxdur:
“İki kabinə var. Birində unitaz, digərində yerdən tualetdir. Elə ora da duş quraşdırılıb, qadınlar tualetdə çimir”.
Elgünəş müayinə otaqlarının yerləşdiyi dəhlizdə qanlı və çirkli tənziflərin qalaqlandığını, korpusda tarakanların olduğunu da yazır. Bununla yanaşı, tibb heyətinin bir qisminin ona münasibətindən narazı qalmadığını xüsusi qeyd edir.
Jurnalist müəssisədə ölüm hallarının tez-tez baş verdiyini də yazır:
“Uzun müddət burada müalicə alan qadınlardan biri dedi ki, burada az qala hər gün məhbus ölür”.
Onun sözlərinə görə, bəzi məhbuslar tibbi yardımın gecikməsindən, dərman çatışmazlığından və xəstələrin vəziyyəti ağırlaşandan sonra müalicəyə göndərilməsindən şikayət ediblər.
Məktubda ən ağır epizodlardan biri oktyabrın 19-da baş verib. Elgünəş yazır ki, həyatını itirmiş kişi məhbus təkərli xərəkdə aparılarkən xərəyin təkəri daşa ilişib və cəsəd yerə düşüb.
“Sanitarlar heç nə olmamış, sanki yerə düşən kiminsə atası, qardaşı, oğlu deyil də, hansısa yorğan-döşəkmiş kimi cəsədi təkrar götürüb xərəyə qoydular”.
Elgünəş antisanitariya səbəbindən “Sentral”da qalmaqdan imtina edib və Bakı İstintaq Təcridxanasına qaytarılıb.
Onun sözlərinə görə, böyrəyində 18 millimetrlik daş aşkarlanıb və sayca 17-ci əməliyyata ehtiyacı var. Həkimlər əməliyyatı riskli hesab etdiyindən prosedurun özəl klinikalardan birində həyata keçirilməsi nəzərdə tutulur.
“Heç bir halda ‘Sentral’a getmək istəmirəm”, – Aynur Elgünəş yazır.
Meydan TV.
Aynur Elgünəş antisanitariya səbəbindən “Sentral”da qalmaqdan imtina edib və Bakı İstintaq Təcridxanasına qaytarılıb

Oxşar xəbərlər