Tale Bağırzadənin övladları MəhəmmədHəsən və MəhəmmədHüseyn Bağırzadələrə qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsində başlanan iclas öz işini davam etdirib. Noyabrın 5-də hakim Vüqar Məhərrəmovun sədrliyi ilə keçirilən məhkəmədə bu dəfə də şahid ifadəsi alınıb.
Məktəbli İsa Hüseynzadə şahid qismində çıxış edərək hadisəni məhkəməyə danışıb. Lakin ifadəsi ilə çıxışı arasında fərqli fikirlər məhkəmədə müzakirə mövzusu olub. O, ifadəsində MəhəmmədHüseynin zərərçəkənə zərbə endirməsi də bu ziddiyyətli izahlardan biri olub. Hakim ona zərbənin kimin endirməsini dəqiqləşdirməyi bir daha təkid edib. Zərərçəkənin öz ifadəsində də ona zərbənin MəhəmmədHəsən tərəfindən endirilməsi söylənilsə də, şahid bütün bunları əksinə söyləyib. Sistemə müvafiq olaraq, bu dəfə də ziddiyyəti dövlət ittihamçısı “aradan qaldırıb”.
Şahid ifadəsi ilə paralel, bu məhkəmə iclasına protokoldan kənar müəllimlərin dəvəti də diqqət çəkib. Vəkil hakimdən onların məhkəməyə dəvətinin səbəbini soruşanda hakim bunu müəllimlərin şagird dilini daha yaxşı bildiyini və onları daha yaxşı anlaması ilə əsaslandırıb. Belə olan halda vəkilin “Bəs niyə hələ uşaqların ifadəsi alınmadan deyil, az qala məhkəmə sona yetdiyi bir ərəfədə onlar dəvət olunub?” sualını hakim təbəssümlə ötürüb.
Bununla da məhkəmə bu dəfəki işini yekunlaşdırıb. Növbəti iclas 24 noyabr saat 12:30-a təyin edilib.
Xatırladaq ki, aprelin 7-də Bakının Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbin idman meydançasında insident baş verib. Yuxarı sinif şagirdlərindən birinin nalayiq ifadələr işlətməsi mübahisəyə səbəb olub. MəhəmmədHüseynin onları bundan çəkindirməsi gərginliyi daha da artırıb. Qarşı tərəfin təhqiramiz ifadələri MəhəmmədHüseynə yönəltməsindən sonra mübahisə əlbəyaxa davaya çevrilib.
Mübahisə zamanı qardaşının iki şagird tərəfindən zorakılığa məruz qaldığını görən böyük qardaş MəhəmmədHəsən davaya müdaxilə edib. Hadisə nəticəsində qarşı tərəfdən bir nəfərin burnu sınıb. Məhkəmə də məhz bu şikayət əsasında keçirilir.
Tale Bağırzadənin oğlanlarının növbəti məhkəməsi keçirilib

Oxşar xəbərlər