1 saylı Bakı İstintaq Təcridxanasında (“Kürdəxanı” təcridxanası) saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayevin ailəsi ilə görüşünə icazə verilmədiyi bildirilir.
Ailəsinin verdiyi məlumata görə, yaxınları Samir Babayevlə görüşmək üçün təcridxanaya getsələr də, görüş baş tutmayıb. Eyni zamanda, artıq bir neçə gündür onun ailəsi ilə telefon əlaqəsi saxlamadığı qeyd olunur.
Samir Babayev hicab qadağasına etiraz olaraq aclıq aksiyası keçirir. Ailəsi ilə son telefon danışığında isə saxlanıldığı müəssisədə ona qarşı ciddi təzyiqlərin olduğunu bildirib.
MBH Avropa Nümayəndəliyi Samir Babayevin vəziyyətinin, ailəsi ilə əlaqə və görüş hüququnun diqqətdə saxlanılmasını tələb edir.
MBH Avropa Nümayəndəliyi
MBH üzvü Samir Babayevin ailəsi ilə görüşünə icazə verilmədiyi bildirilir

Oxşar xəbərlər