Konstitusiya Məhkəməsi (AYM) bugünkü Baş Assambleya iclasında 2820 saylı Siyasi Partiyalar Haqqında Qanuna zidd olması iddiası ilə “Yeni Parti”nin adı ilə bağlı edilən müraciətə baxıb.
Məhkəmə “Yeni Parti”nin “adının və abreviaturasının etibarsız sayılması və siyasi partiyalar reyestrindən silinməsi” tələbini rədd edib.
Qərar səs çoxluğu ilə qəbul olunub. Bu qərarla “Yeni Parti” öz adını istifadə etməyə davam edəcək.
Keçmiş CHP-li Öztürk Yılmazın sədri olduğu “Yenilik Partisi” ad bənzərliyi olduğu əsası ilə Yargıtay Baş Prokurorluğuna müraciət etmişdi.
Yargıtay Baş Prokurorluğu “Yenilik Partisi”nin tələbi üzrə “Yeni Parti”yə adını dəyişdirməsi üçün sentyabrın 18-dək vaxt vermişdi. Baş Prokurorluq müddət bitdikdən sonra sözügedən tələbi Konstitusiya Məhkəməsinə çıxarmışdı.
Ali Məhkəmə sentyabrın 29-dakı Baş Assambleya gündəmində qovluğa baxmış və müdafiəsini təqdim etməsi üçün “Yeni Parti”yə bir ay vaxt tanımışdı. “Yeni Parti” də həmin müddət ərzində müdafiəsini hazırlayaraq Konstitusiya Məhkəməsinə göndərmişdi.
“Yeni Parti” rəsmiləri başqa partiyaların adlarında da bənzərliklərin olduğuna diqqət çəkərək prosesə etiraz etmişdilər. “Yeni Parti” sədri Özgür Özel və komandası Konstitusiya Məhkəməsi bir qərar verənədək partiyanın adını olduğu kimi qorumaq qərarı almışdı.
Türkiyə Konstitusiya Məhkəməsi “Yeni Parti” ilə bağlı qərarını açıqladı

Oxşar xəbərlər