Türkiyədə xidmətdə olan Belarus diplomatı qonşusu güllə ilə vurub.
"Azadlıq.org"un yaydığı məlumata görə diplomatın vəziyyəti ağırdır.
Belarus Xarici İşlər Nazirliyinin sözçüsü Anatoly Glaz deyib ki, Belarus səfirliyinin müşaviri Alexander Poganshev Ankarada oğlu ilə evə gedərkən atəşə tutulub.
Ankara qubernatoru Vasip Şahin bildirib ki, diplomat cərrahiyyə əməliyyatından sonra reanimasiyaya yerləşdirilib.
Şahin qeyd edib ki, insident şəxsi mübahisə zəminində baş verib və heç bir siyasi motivi yoxdur.
Glaz diplomatın qonşusunun keçmiş hərbçi olduğunu və ruhi xəstəliyi olduğunu deyib.
Belarus diplomatı Türkiyədə güllələnib
Oxşar xəbərlər