Türkiyədə mədən çökdü - 2 nəfər dağıntılar altında qaldı

Türkiyənin şimalında Zonquldak vilayətində mədəndə faciə baş verib.

Trend-in məlumatına görə, kömür mədənində çökmə olub. Son məlumata görə, dağıntılar altında 2 mədənçi qalıb.

Hazırda hadisə yerinə xilasedicilər cəlb olunub, mədənçilərin həyatlarının xilas edilməsi istiqamətində operativ iş aparılır.

Mədəndə çökmənin hansı səbəbdən baş verdiyi hələ dəqiq məlum deyil. Faktla bağlı araşdırmaya başlanılıb.