30 oktyabr – Ümumdünya Siyasi Məhbuslar Günüdür

Bu günün tarixi 1974-cü ildə SSRİ həbs düşərgələrində siyasi məhbusların keçirdiyi etiraz aksiyasından başlayır. Günün məqsədi siyasi baxışlarına, ifadə azadlığından istifadəyə və hüquq müdafiəçiliyi fəaliyyətinə görə həbs edilən insanlara diqqət çəkməkdir.

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın 5 oktyabr 2026-cı ildə açıqladığı ən son siyahıda 322 nəfərin adı var. Onlardan 15-i qadın, 31-i jurnalist və bloqerdir.

Lakin 322 yekun rəqəm deyil. Siyahıya yalnız haqqında etibarlı məlumat toplanan şəxslər daxil edilib. Beynəlxalq hüquq müdafiə təşkilatı EHRAC isə siyasi məhbusların sayını 400-dən çox qiymətləndirir.

International IDEA-nın 2026-cı il hesabatında Azərbaycan hüquq və azadlıqlar üzrə 173 ölkə arasında 150-ci yerdədir. Freedom House isə ölkəyə 100 mümkün baldan cəmi 6 bal verərək onu “azad olmayan” ölkə kimi təsnif edib.