Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Rauf Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbs olunması və mühakimə edilməsi ilə bağlı işdə onun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu müəyyən edib. Məhkəmə Azərbaycan hökumətinin jurnalistə 3 min 600 avro təzminat ödəməsinə qərar verib.
“Azadlıq Radiosu”nun məlumatına görə, AİHM-in qərarında Azərbaycan məhkəmələrinin Mirqədirovun işinə obyektiv və hərtərəfli baxmadığı, müdafiə tərəfinin təqdim etdiyi dəlilləri və etirazları lazımi qaydada araşdırmadığı bildirilib.
“Yerli məhkəmələrin sübutları araşdırması və müdafiə tərəfinin etirazlarına münasibət bildirməsi qaydasında ciddi çatışmazlıqlar olub. Ərizəçi daxili məhkəmələr qarşısında ona aid edilən əməllərin dövlətə xəyanət cinayətinin əhatə dairəsinə düşmədiyi barədə ciddi və əsaslı arqumentlər ortaya qoyub. Bu etirazların lazımi qaydada araşdırılması işin nəticəsi üçün həlledici əhəmiyyət kəsb edə bilərdi. Buna görə də həmin iradlar daxili məhkəmələr tərəfindən konkret və açıq şəkildə cavablandırılmalı idi”, - qərarda qeyd olunub.
Mirqədirov AİHM-ə şikayətində bildirib ki, Azərbaycan məhkəmələri onun təqdim etdiyi vəsatətləri və sübutları araşdırmaqdan imtina edib, istintaqın irəli sürdüyü ittihamları isə əlavə yoxlama aparmadan əsaslı hesab ediblər.
Jurnalist təxminən iki il qanunsuz və əsassız həbsdə saxlanıldığını bildirərək, maddi və mənəvi ziyana görə ümumilikdə 200 min avro təzminat tələb edib. AİHM isə 3 min 600 avro kompensasiya müəyyənləşdirib.
Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya edilərək həbs olunub. Həmin vaxt o, “Zerkalo” qəzetinin şərhçisi və Türkiyə müxbiri kimi fəaliyyət göstərirdi.
Jurnalist Bakı hava limanından birbaşa ozamankı Milli Təhlükəsizlik Nazirliyinə aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq Mirqədirovu Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları ilə gizli görüşlər keçirməkdə və onlara məlumat ötürməkdə ittiham edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti 6 il azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi ittihamı qüvvədə saxlasa da, cəzanı şərti hesab edib və Mirqədirov 2016-cı ilin martında azadlığa buraxılıb. Ali Məhkəmə də bu qərarı dəyişdirməyib.
Hazırda 65 yaşlı jurnalist İsveçrədə mühacirətdə yaşayır.
Avropa Məhkəməsi Rauf Mirqədirovun ədalətli məhkəmə hüququnun pozulduğunu müəyyən edib

Oxşar xəbərlər