Bəhreyndəki Əl-Xəlifə rejimi 60 şiə din aliminin də daxil olduğu 69 nəfərin məhkəməsində hökmünü elan etməyə hazırlaşır.
Hökumət din alimlərini İranı təbliğ etməkdə, ölkənin təhlükəsizliyini təhdid etməkdə və konstitusiya quruluşunu devirməyə yönəlmiş fəaliyyətlərdə ittiham edir.
İyirmi beynəlxalq insan haqları təşkilatı birgə bəyanatda saxlanılan din alimlərinin işgəncəyə, pis rəftara və zorla etiraflara məruz qalması iddialarına diqqət çəkib və ədalətli məhkəmə çağırışı edib.
Bəhreynin müxtəlif bölgələrində keçirilən nümayişlərdə ictimaiyyət saxlanılan din alimlərinə dəstək ifadə edib və məhkəmələrin dayandırılmasını tələb edib. Müxalifət qrupları 8 noyabrı "Xalq Qəzəbi Günü" elan edərək geniş etiraz aksiyaları keşiriblər.
Bəhreyn şiələrinin aparıcı din xadimi Ayətullah Şeyx İsa Qasim də ictimaiyyəti din alimlərinin həyatını qorumaq və ədalətli məhkəmə prosesinin təmin edilməsi üçün məsuliyyət daşımağa çağıran bir bəyanat yayıb.
Bəhreyn xalqı həbs edilən din xadimlərinə cəza verilməsini qanunsuz hesab edirlər

Oxşar xəbərlər