İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri şənbə günü axşam Hürmüz boğazında icazəsiz marşrutlarla hərəkət etməyə çalışan iki neft tankerinin dəniz minalarına dəyərək alovlandığını açıqlayıb. Açıqlama verildiyi vaxt hər iki gəmidə yanğının davam etdiyi bildirilib.
SEPAH Hərbi Dəniz Qüvvələri tankerlərdən birinin Hörmüz boğazının şərqində, digərinin isə boğazın daxilində minaya düşdüyünü qeyd edib. Gəmilərin İran tərəfindən müəyyən edilmiş qaydaları dəfələrlə pozduğu vurğulanıb.
İran ordusu da şənbə günü daha əvvəl yaydığı bəyanatda boğazın şərqində qadağan olunmuş marşrutla hərəkət edən başqa bir neft tankerinin minaya dəyərək yandığını duyurmuşdu. Ordu bəyanatında xəbərdarlıqlara məhəl qoymayaraq qadağan olunmuş zonalara daxil olan gəmilərin oxşar taleylə üzləşəcəyi bildirilib.
İran Ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya cümə günü Hörmüz boğazının İranın strateji nəzarətində olduğunu deyib. Əkrəminiya boğazın yenidən açılmasının ABŞ-nin İran tərəfindən təqdim olunan yeddi şərti qəbul etməsindən asılı olduğunu bildirib.
İran Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai də “X” platformasındakı paylaşılanında Vaşinqtonun İranın hüquq və tələblərinə verdiyi cavabın kifayət etmədiyini qeyd edib. Rezai ABŞ-nin yeddi şərtə aydın cavab verib onları tətbiq edəcəyi təqdirdə Hörmüzün yenidən açılacağını deyib.
Hörmüzdə daha iki neft tankeri minaya düşərək yandı

Oxşar xəbərlər