Ayətullah Vəhid Xorasani xəstəxanaya yerləşdirilib

İranın aparıcı şiə dini təqlid müctəhidlərindən biri olan Ayətullah Vəhid Xorasani xəstəxanaya yerləşdirildiyi bildirilir.

Ayətullah Xorasani ofisindən açıqlamaya görə, ruhani bəzi tibbi prosedurlar üçün Tehranda xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya yerləşdirilməsinin səbəbinin planlaşdırılmış tibbi prosedurlar olduğu bildirilsə də, Xorasaninin ümumi sağlamlıq vəziyyəti və müalicəsinin gedişatı ilə bağlı hələlik ətraflı açıqlama verilməyib.