Druzlarla Suriya qüvvələrin arasında yenidən toqquşma başlayıb

Əs-Suveydada yenidən druz dağ özünümüdafiə qüvvələri ilə Suriya təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.

Məlumatı Syria TV yayıb. Məlumatab grə, atəş mübadiləsi zamanı iki tərəf artilleriya və minaatanlardan istifadə edib.

Ən ağır atışmalar Əl-Məcdəl-Tell Hədid təmas xətti boyunca baş verib. Yaşayış məntəqələri atəşə tutulub və nəticədə mülki şəxslər arasında itkilər olub.

Vilayət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, təhlükəsizlik qüvvələri düşmənə intensiv cavab atəşi açıb və itkilərə səbəb olub.

Bu silahlı insident, 2025-ci ilin iyul ayında 1600-dən çox insanın ölümünə səbəb olan icmalararası toqquşmalardan sonra Əs-Suveyda əyalətində elan edilən ilin əvvəlindən bəri atəşkəsin səkkizinci pozulmasıdır.