Yəməndəki hüsilər ("Ənsar Allah" hərəkatı) Səudiyyə Ərəbistanının strateji infrastrukturlarına və hərbi obyektlərinə qarşı növbəti miqyaslı hücumlar həyata keçirdiklərini bəyan ediblər.
Hüsilərin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Saria məsələ ilə bağlı açıqlama verib.
Sarianın sözlərinə görə, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən Kral Xalid adına Beynəlxalq Aeroport ballistik raketlə hədəf alınıb. Eyni zamanda krallığın strateji "Şərq – Qərb" neft kəmərinin nasos stansiyalarına qarşı bir neçə zərbəçi pilotsuz uçuş aparatı (PUA) tətbiq edilib. Qurum nümayəndəsi hər iki hücumun hədəfinə dəqiq çatdığını iddia edib.
Hüsilər, həmçinin Yəmənin Ədən vilayətindəki Salah əd-Din rayonunda və Lahc vilayətindəki əl-Vaht rayonunda yerləşən Səudiyyə qüvvələrinin bazalarına və silah anbarlarına raket zərbələri endirdiklərini bildiriblər. Açıqlamada zərbələr nəticəsində onlarca hərbçinin həlak olduğu və yaralandığı, həmçinin çoxlu sayda hərbi texnika və sursat anbarının məhv edildiyi vurğulanıb.
Bunlardan əlavə, Yəhya Saria Taiz vilayətinin səmasında Səudiyyə Ərəbistanına məxsus "Wing Loong II" markalı silahlı kəşfiyyat dronunun vurularaq salındığını elan edib.
Öz növbəsində, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiya səhər saatlarında Ər-Riyad istiqamətində fırladılan ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurularaq zərərsizləşdirildiyini açıqlayıb.
Hüsilər Ər-Riyad aeroportunu və strateji neft kəmərini vurdu

Oxşar xəbərlər