11 saylı müəssisədə bir qrup məhbus ölkədə davam edən məktəbli qız uşaqlarının hicab səbəbindən dərslərə buraxılmamasına etirazlarını bildiriblər. Həbsxanadan göndərdikləri bəyanatda onlar məlum hadisəni ciddi qınayıblar. Göndərdikləri bəyanatda deyilir:
Bağışlayan və Mehriban Allahın adı ilə.
Qurani-Kərimdə Uca Allah buyurur: “Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın şəkildə fərqlənmişdir.”
Bəqərə surəsi, 256-cı ayə.
Biz, 11 saylı cəzacəkmə müəssisəsində olan məhbuslar, Azərbaycanda hicablı xanımların dini etiqad və geyim azadlığına tətbiq edilən məhdudiyyətlərə qarşı öz qəti etirazımızı bildiririk!
Hicab müsəlman qadınının dini inancının, mənəvi dəyərlərinin və şəxsi iradəsinin ifadəsidir. Heç bir vətəndaş dini etiqadına, vicdanına və geyim seçiminə görə ayrı-seçkiliyə, təzyiqə və hüquq məhdudiyyətlərinə məruz qalmamalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsi hər kəsin vicdan azadlığını təsbit edir. Konstitusiyanın 25-ci maddəsi isə insanların dinindən və əqidəsindən asılı olmayaraq qanun qarşısında bərabərliyini təmin edir.
Biz hesab edirik ki, hicablı qadınların təhsil almaq, ictimai həyatda iştirak etmək və öz dini inanclarına uyğun yaşamaq hüquqlarına əsassız müdaxilə edilməsi həm konstitusion azadlıqların, həm də fundamental insan hüquqlarının pozulması deməkdir.
Azərbaycan hakimiyyətinə müraciət edərək bəyan edirik:
1. Hicablı qadınların dini etiqad və vicdan azadlığına hörmət göstərilməlidir.
2. Dini geyimə görə tətbiq edilən əsassız məhdudiyyətlər və ayrı-seçkilik halları aradan qaldırılmalıdır.
3. Vətəndaşların konstitusion hüquqları, dini mənsubiyyətindən asılı olmayaraq, bərabər şəkildə qorunmalıdır.
4. Dini inanclarını dinc şəkildə ifadə edən insanların hüquq və azadlıqları təmin edilməlidir.
Bizim tələbimiz qarşıdurma deyil, ədalətdir!
Bizim çağırışımız ayrı-seçkilik deyil, bərabər hüquqlardır!
Bizim mövqeyimiz zorakılıq deyil, Konstitusiyaya, insan ləyaqətinə və vicdan azadlığına hörmətdir!
Bir daha Azərbaycan hakimiyyətini və aidiyyəti dövlət qurumlarını vətəndaşların dini inanclarına hörmət etməyə, hicabla bağlı məhdudiyyətlərin hüquqi əsaslarını yenidən nəzərdən keçirməyə və hər bir insanın fundamental azadlıqlarını qorumağa çağırırıq.
Hicab cinayət deyil!
Vicdan azadlığı fundamental insan hüququdur!
Ədalət olmayan yerdə hüquqdan, hüquq olmayan yerdə isə azadlıqdan danışmaq mümkün deyil!
11 saylı cəzacəkmə müəssisəsindəki möminlər adından
Dini etiqad azadlığının və konstitusion hüquqların müdafiəsinə dair ictimai bəyanat.
Aksiyalara davam edirik.
11 saylı cəzaçəkmə müəssisəsindəki məhbusların hicab qadağasına etiraz bəyanatı

Oxşar xəbərlər