İran Xarici İşlər Nazirliyinin sözçüsü hicabın İran və Azərbaycan müsəlmanları üçün əhəmiyyətini vurğulayaraq, Azərbaycanda hicabla bağlı məhdudiyyətlər məsələsinin qarşılıqlı anlaşma, ortaq dəyərlər və xalqın əsas hüquqlarına hörmət əsasında həllini tapacağına ümidvar olduğunu bildirib.
Bəqayi çərşənbə axşamı keçirdiyi həftəlik mətbuat konfransında Azərbaycan Respublikasında hicabla bağlı tətbiq olunan məhdudiyyətlərə İran İslam Respublikasının münasibəti və Tehranın bu məsələ ilə bağlı rəsmi mövqeyini açıqlamamasının səbəbi barədə suala cavab verib. O, cavabında Azərbaycan xalqının müsəlman inanclarının və etiqadlarının əhəmiyyətini vurğulayıb.
Bəqayi deyib: “Azərbaycan xalqı yetkin və bəsirətli xalqdır. Öz inanc və etiqadlarını, o cümlədən həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların əhəmiyyət verdiyi hicab məsələsini qorumaqla bağlı onlar ölkələrinin mənafelərini nəzərə alaraq, öz səslərini hökumətə necə və ən yaxşı şəkildə çatdıracaqlarını özləri müəyyənləşdirirlər”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: “Ümid edirik ki, yaxşı münasibətlərimizin olduğu və iki ölkə arasında qardaşlıq və dostluq bağlarının izahata ehtiyac duymadığı bu ölkədə məsələ qarşılıqlı anlaşma, ortaq dəyərlərin nəzərə alınması və xalqın əsas hüquqlarına hörmət əsasında həllini tapacaq”.
Bəqayi: Ümid edirik ki, hicab məsələsi Azərbaycanda xalqın əsas hüquqlarına hörmət əsasında həllini tapacaq

Oxşar xəbərlər