Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral Azərbaycanda məktəblərdə hicablı şagirdlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib.
O, bu barədə “X” hesabında paylaşım edib. Saral hicab taxdıqlarına görə şagirdlərin təhsil hüququndan məhrum edilməsini “qəbuledilməz” adlandırıb.
“İnancına uyğun olaraq başını örtən şagirdi məktəbə buraxmamaq hansı vicdana və ədalətə sığır? Hicab maneə deyil, inancın tələbidir. Təhsil hüququ ideoloji müdaxilələrə qurban verilməməlidir. Azərbaycanın bu yanlış addımdan tezliklə geri dönəcəyinə ümid edirik. Gənclərin gələcəyinə mane olmaq yox, onların yolunu açmaq lazımdır”, - deyə o qeyd edib.
Son günlər Azərbaycanda bir sıra dövlət ümumi təhsil məktəblərində hicablı şagirdlərin dərsə buraxılmadığı bildirilir. Hicablı müəllimlər də hicablarını açmaq və ya işdən çıxmaq seçimi qarşısında qoyulduqlarını deyirlər.
Məlumata görə, məktəb rəhbərlikləri bu məhdudiyyətləri tətbiq edərkən Nazirlər Kabinetinin sentyabrın 21-də şagirdlər, oktyabrın 6-da isə müəllimlər üçün qəbul etdiyi geyim qaydalarına istinad edir.
Qaydalarda hicabın qadağan olunduğu göstərilməsə də, geyim formalarının dünyəvilik prinsipinə uyğun olmalı olduğu qeyd edilir.
Qərar inanclı fəalların və valideynlərin etirazına səbəb olub. Onlar qərarın hicablı şagirdlərin təhsil hüququnu məhdudlaşdırdığını bildirirlər.
Daxili İşlər Nazirliyi (DİN) dövlət məktəblərində vahid geyim qaydalarının tətbiqi ilə bağlı baş verən insidentlərə görə 37 nəfərin saxlanıldığını bildirib.
Nazirliyin iddiasına görə, Bakıda bir qrup şəxs geyim qaydalarının tətbiqi ilə bağlı təhsil işçiləri ilə münaqişə yaradıb, təhsil müəssisələrinə zərər vurub və məktəblərin normal fəaliyyətinə mane olmağa cəhd edib.
DİN faktla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başladıldığını açıqlayıb. Həmin maddə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etməyi və ya bu cür hərəkətlərdə fəal iştirak etməyi nəzərdə tutur.
Ərdoğanın baş müşaviri: “Təhsil hüququ ideoloji müdaxilələrə qurban verilməməlidir”

Oxşar xəbərlər