Kanadanın Toronto şəhərində yerləşən Azərbaycan Evinin qarşısında Müsəlman Birliyi Hərəkatının (MBH) üzvlərinin təşkilatçılığı ilə Azərbaycanda hicabla bağlı tətbiq edildiyi bildirilən qadağa və məhdudiyyətlərə etiraz aksiyası keçirilib.
Aksiyada MBH üzvləri ilə yanaşı, Kanadada yaşayan və təşkilatın üzvü olmayan digər azərbaycanlı həmvətənlərimiz də iştirak edərək etiraza dəstək veriblər. Müxtəlif dini baxış və inanclara sahib soydaşlarımız hicab məsələsində həmrəylik nümayiş etdirərək dini etiqad azadlığının və təhsil hüququnun qorunmasının vacibliyini vurğulayıblar.
İştirakçılar məktəblərdə, ali təhsil müəssisələrində və digər təhsil ocaqlarında hicablı şəxslərə qarşı ayrı-seçkilik və məhdudiyyətlərin yolverilməz olduğunu bildirərək, hicabın təhsil almağa maneə olmadığını diqqətə çatdırıblar.
Aksiya iştirakçıları hicabla bağlı yaranmış problemin qısa müddətdə hüquq və azadlıqlara hörmət çərçivəsində həllini tapacağına ümid etdiklərini ifadə ediblər.
Dinindən və inancından asılı olmayaraq hicablı qadın və qızların hüquqlarının müdafiəsi naminə həmrəylik göstərən bütün həmvətənlərimizə təşəkkür edirik.
Torontoda hicab qadağasına etiraz aksiyası keçirilib

Oxşar xəbərlər