Hicabla bağlı gərginlik davam edir, bəzi şahirdlər hicablılara dəstək göstərib məktəbi tərk ediblər

Azərbaycan məktəblərində hər ötən gün gərginləşən hicaba qarşı süni maniə bu gün bəzi məktəblərdə şagirdlərin hicablı qız uşaqlarına dəstək göstərərək təhsil ocaqlarını tərk etməsi ilə nəticələnib. Sosial mediada paylaşılan orta məktəblərdə sinifdən qovulan şagird qızlara öz sinif yoldaşları dəstək göstərərək onlar da sinif otaqlarını tərk ediblər. Hicablıların dərslərə buraxılmayacağı təqdirdə onlar da qədrslərə qatılmayacaqlarını bildiriblər.

69 saylı tam orta məktəb isə daha geniş etiraza qalxaraq hicablı şagirdlərə dəstək nümayiş etdirərək məktəbin əksər şagidrləri təhsil müəsisəsinin önündə etiraz ediblər. Bəzi şagirdlər əllərində tutduqları “Hicaba azadlıq” , “Hicablı şagirdlərin məktəbə gəlişinə qadağanı ləğv edin” kimi pankartlar qaldırmaqla diqqətçəkici etiraz aksiyası keçiriblər. Tədbirin videogörüntüləri sosial media üzərindən geniş yayılıb və insanlar tərəfindən təqdir edilib.

Müxtəlif şəhər və rayonlarda hicablıların məktəbə gəlişinə qadağalar qoyulsa da, bəzilərinin sonradan qərarları ləğv edərək hicablıların təhsil müəsisəsinə qayıtmasına icazə verən hallar da qeydə alınıb. Lakin ümumilikdə qadağalar var və bunlar etirazlarla da müşahidə olunur.