Hizbullah: Sionistlərə qarşı müharibədə tərəddüd etməyəcəyik

Hizbullahın yüksək rütbəli rəsmisi vurğulayıb ki, Livan sionist işğalçıların çirkabından tam təmizlənənə qədər mübarizəni və müharibəni davam etdirəcəklər.

Hizbullahın İcraiyyə Şurasının rəhbəri Şeyx Əli Damuş bəyan edib ki, Livan sionist işğalçılardan tam azad olunana qədər onlara qarşı mübarizəni və savaşı davam etdirəcəklər.

"Sionist işğalçılarla qarşıdurmadan və onlarla mübarizədən heç vaxt çəkinməyəcəyik; şərəfli şəhidlərimizin yolundan və məktəbindən geri dönməyəcəyik. Düşmənlərin bütün hiylələrinə və əbəs cəhdlərinə baxmayaraq, müqavimət layihəsi heç vaxt bitməyib və heç vaxt da bitməyəcək".