İlahiyyatçı Tale Bağırzadə həbsxanadan İlham Əliyevə anlaşma təklifi ünvanlayıb. Media vasitəsilə yayılan mətndə deyilir:
“Rəhman və Rəhim Allahın adı ilə.
Cənab Əliyev! Hər kəsdən daha çox sizə məlumdur ki, illərdir zülmlə işləyən hakimiyyətinizə qarşı haqlı olaraq ciddi tənqidlər səsləndirir, qeyri-sağlam idarəçiliyinizlə əsla barışmırıq. Əlbəttə, bunun ağır bədəllərini ödəməkdən də tam razıyıq və heç bir şikayətimiz də yoxdur.
Lakin son zamanlar Azərbaycanımızda baş verən bəzi xoşagəlməz hadisələri nəzərə aldıqda, düşündük ki, uzun illərdən sonra sizinlə bir məsələ üzərində anlaşa və razılığa gələ bilərik. Sözsüz ki, bu razılaşma dəyərli və qeyrətli xalqımızı da sevindirib, şad edəcəkdir.
Odur ki, cənab Əliyev, mənim sizə təklif edəcəyim anlaşma mətni bundan ibarətdir:
1. Mənim 20 il həbs cəzamı dəyişdirib ömürlük həbslə əvəz edirsiniz.
2. Birbaşa sizin sifarişiniz əsasında məhkəmə qarşısına çıxarılan iki azyaşlı övladıma məhkəmənin əli ilə ən ağır və ən sərt cəzanı kəsirsiniz. Onu da deyim ki, hələ onlardan başqa iki azyaşlı övladım da var. İstəsəniz, onları da anlaşma mətninə əlavə edə bilərik. Və sizi tam arxayın edirəm ki, bizə qarşı yönələcək ən sərt və ən ağır cəzalardan heç bir şikayətimiz olmayacaqdır.
Bunun müqabilində isə sizdən istəyimiz və tələbimiz bundan ibarətdir ki, heç bir cinayət törətmədən, sırf ciddi araşdırmaları və aktiv fəaliyyətlərinə görə qəzəbinizə tuş gələrək şərləyib həbs etdirdiyiniz cəsur jurnalist və hicablı xanımları həbsxanadan azad edəsiniz.
Cənab Əliyev! Əgər bizim bu təklifimizlə razılaşıb Azərbaycanın dəyərli məhbus xanımlarını həbsxanalardan azad etsəniz, şəxsən özüm sizə ayrıca təşəkkür məktubu da yazacağam. Əks təqdirdə isə sizi və hakimiyyətinizi Uca Allahın tədbirinə və Azərbaycan xalqının qeyrətinə tapşırıram.
Vəssalam.
Tale Bağırzadə
12 saylı cəzaçəkmə müəssisəsi
23.09.2026
Tale Bağırzadə İlham Əliyevə anlaşma təklif etdi

Oxşar xəbərlər