Bakı şəhəri Xəzər Rayon Məhkəməsində bu gün Tale Bağırzadənin övladları MəhəmmədHəsən və MəhəmmədHüseyn Bağırzadəyə qarşı məhkəmə iclası baş tutub. Hakim Vüqar Məhərrəmovun sədrliyi ilə keçirilən məhkəmədə hakim işi məhkəmə baxışına verib.
Müdafiə tərəfdən çıxış edən vəkil Zibeydə Sadiqova vəsatət qaldıraraq hakimin qərarına etiraz edib. O, uşaqların azyaşlı olmasını və işin cinayət tərkibli olmamasını əsas gətirərək məhkəmədən işə baxışın xitam verilməsini istəyib. Vəkilin fikrini qəbul etməyən dövlət ittihamçısına hakim də dəstək nümayiş etdirərək, işin araşdırılmalı olduğunu söyləyib və vəkilin vəsatətini rədd edib.
Bundan sonra uşaqların anası və onların hüquqi qəyyumu Leyla İsmayılzadə çıxış edib. O da vəkilin fikirləri ilə razılığını ifadəsində əlavə olaraq vurğulayıb ki, onun ailəsinə qarşı bu addım təsadüf hesab edilə bilməz. Belə ki, bu gün məhkəmə önünə çıxarılan MəhəmmədHəsən Bağırzadənin ötən ilin sentyabrından heç bir səbəb göstərilmədən ölkədən çıxışına qadağa qoyulub. Sanki hansısa bəlli bir ssenari daxilində onun ölkədən çıxışı əngəllənmişdi ki, bu gün belə bir olay yaşansın.
Ardınca çıxış edən vəkil şikayətçi tərəfin də məhkəmədə iştirakını tələb edib. O, ibtidai istintaqdan məhkəməyə qədər davam edən proseslərin heç birində şikayətçi tərəfin iştirak etməməsinə etirazını bildirərək, hakimdən onların məhkəməyə dəvətini istəyib.
Bundan sonra müşavirəyə qalxan məhkəmə işin məhkəmədə araşdırılmasına qərar verərək, iclası 29 sentyabr, saat 11:00-a qədər təxirə salıb.
Xatırladaq ki, aprelin 7-də Bakının Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbin idman meydançasında insident baş verib. Yuxarı sinif şagirdlərindən birinin nalayiq ifadələr işlətməsi mübahisəyə səbəb olub. MəhəmmədHüseynin onları bundan çəkindirməsi gərginliyi daha da artırıb. Qarşı tərəfin təhqiramiz ifadələri MəhəmmədHüseynə yönəltməsindən sonra mübahisə əlbəyaxa davaya çevrilib.
Mübahisə zamanı qardaşının iki şagird tərəfindən zorakılığa məruz qaldığını görən böyük qardaş MəhəmmədHəsən davaya müdaxilə edib. Hadisə nəticəsində qarşı tərəfdən bir nəfərin burnu sınıb. Məhkəmə də məhz bu şikayət əsasında keçirilir.
Tale Bağırzadənin oğlanlarının məhkəməsindən; Vəkil işə xitam verilməsini istəyib