Yeni təhsil ilinin ilk günündə vahid məktəbli geyimi ilə bağlı qəbul edilən standart ətrafında gərgin müzakirələr hələ də davam edir. Məsələ hətta ruhani Hacı Abgül Süleymanovun bu məsələyə etiraz etdiyi üçün saxlanılmasına qədər genişləndi.
Məsələ ilə bağlı rəsmilərin açıqlaması olmadığı kimi, inanca, hicaba rəğbət və sevgi göstərənlərin də gərginlik dolu diqqəti vəziyyəti həssaslıqla izləyir.
Bu nöqtədə maraqlı məqam odur ki, hicabın “ərəb geyimi”, “milliliyə zidd” olmasını əsas gətirənlər, öz milli geyimimiz olan kəlağayının bu örtüklə əvəzlənməsi fikrini də hicaba qarşı çıxanların gündəmə gətirdiyi alternativə çeviriblər. Onlar bu məsələdə milli atributun qanunda göstərilən “dünyəviliyə zidd” anlayışına alternativ olaraq, öz baş örtüyümüzün tətbiqini əsas götürərək hicabı rədd edirlər.
Məsələnin ilk olaraq millilik aspektindən qoyulmasının və dini dəyərlə toqquşdurulmasının praktikada uğursuzluğunu misal göstərmək lazımdır. Bir də zamanla milli dəyərlərə, adət və ənənələrə qarşı çıxan, bu dəyərləri inkişafa maneə, geridə qalma, düşüncə və şüuri tərəqqiyə sədd kimi göstərənlərin cəmiyyətdə müasirlik adı altında alovlandırdığı cəhənnəmdə bir çox milli dəyərlər çoxdan külə döndərilib. Elə dəyər kimi təqdim edilən kəlağayının özü də.
Bu gün dəb naminə, nişan və xına məclisləri üçün təbliğ olunan kəlağayı gerilik əlaməti kimi çoxdan Azərbaycan xanımının başından götürülüb. Buna elə yaşadığınız ərazidə, uzaqdan deyil, ətrafınızdan baxmanız kifayətdir ki, barmaqla sayılacaq qədər belə kəlağayı gəzdirən azərbaycanlı xanımını müşahidə edə bilməyəsiniz. Sizin cəmiyyətdə gözdən saldığınız həmin o dəyərlərin daxilində bu gün hicaba alternativ qoymağa çalışdığınız kəlağayını illər öncə tarixin səhifələrində dəfn etmisiniz.
Razı olmayanlar bu gündən ailələrində kəlağayı kampaniyası başladıb əvvəlcə öz analarına, qızlarına və ya həyat yoldaşlarına bu milli geyimimizi taxdırsınlar. Alınmır? Kəlağayı örtməyə utanırlar? Əyinlərindəki o əndərəbadi geyimlə kəlağayı uzlaşmır? Bax, elə məsələnin problemi də bundadır ki, bu cəmiyyət milliliyin əks təbliğatı fonunda müasirliyə çoxdan kəlağayını qurban verib.
Bunun əksinə olaraq, hicab təkcə baş örtüyü deyil, geyimin tamlığını tamamlayan bir dəyər olaraq bu xalqın milli dəyərləri içərisində oturuşub. Buna da elə qeyd edilən nümunə kimi ətrafınıza baxsanız, deyilənlərin əyani şahidi olarsınız. Azərbaycan xanımı hicab bağlayıb cəmiyyətdə görünməkdən utanmır, əksinə, onu daşımaqdan, müdafiə etməkdən və varlığının ayrılmaz hissəsi etməkdən qürur duyur. Bu, reallıqdır, kimsənin inkarına heç bir əsas tapa bilmədiyi həqiqətdir.
Bu gün millilikdən boğazdan yuxarı danışanların əksəriyyəti kəlağayını cəmiyyətin yad ünsürünə çevirərək onu yalnız hansısa tədbirin tərkib hissəsi etməklə çoxdan hicaba uduzub.
Kəlağayı, yoxsa hicab?

Oxşar xəbərlər