"Bavariya" xal itirdi

Almaniya Bundesliqasında 10-cu tura start verilib.

Turun açılış matçında “Bavariya” öz meydanında “Köln”ü qəbul edib. Görüş heç-heçə yekunlaşıb.

“Bavariya” - “Köln” - 1:1

Qollar: Mayki Mur, 12 (0:1), Nataniel Braun, 31 (1:1)

Bu nəticədən sonra xallarının sayını 22-ə çatdıran “Bavariya” turnir cədvəlinin lideridir. “Köln” isə 10 xalla 14-cü pillədə qərarlaşıb.