İngiltərə millisinin və “Real Madrid” komandasının futbolçusu Cud Bellinqem İspaniya yığması ilə keçirilən oyunda məhsuldar ötürmə ilə yadda qalıb.
Bununla 2026-cı ildəki assistlərinin sayını 7-yə çatdıran yarımmüdafiəçi 1980-ci ildən bəri bir təqvim ili ərzində İngiltərə millisinin heyətində ən çox məhsuldar ötürmə edən futbolçu olub.
Bellinqem Millətlər Liqasının cari mövsümündə də yüksək performans nümayiş etdirir. O, 6 oyunda 1 qol və 5 məhsuldar ötürmə ilə ümumilikdə 6 qolun vurulmasına töhfə verib.
Futbolçu bu mövsüm ümumilikdə 20 oyunda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, İngiltərə millisi İspaniyanı 3:2 hesabı ilə üstələyib.
Bellinqem İngiltərə millisinin tarixinə düşdü