Azərbaycan Prezidenti İlham Əliyevin “X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki rəsmi hesabı kiberhücumla üzləşib. Noyabrın 15-də hesabda illər əvvəl dərc edilmiş bəzi paylaşımların keçidləri müxalif siyasətçilərin və bloqerlərin videolarına yönləndirilib.
Əsasən 2010 və 2011-ci illərə aid paylaşımlarda yerləşdirilmiş keçidlər əvvəlki məzmun əvəzinə müxalifət nümayəndələrinin çıxışlarını və Azərbaycanda keçirilmiş etiraz aksiyalarının görüntülərini göstərib.
Dəyişdirilmiş keçidlər saatlarla prezidentin hesabında əlçatan olub. Sosial şəbəkə istifadəçiləri həmin paylaşımları yayaraq baş verənlərə diqqət çəkiblər.
Hadisədən sonra Prezidentin Mətbuat Xidməti noyabrın 15-də rəsmi açıqlama yayıb.
“Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Aidiyyəti qurumlar tərəfindən bu hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlər görülür”, - açıqlamada bildirilib.
Mətbuat Xidməti hücumların hansı platformalara yönəldiyini, hadisənin necə baş verdiyini və hansı məlumatlara müdaxilə olunduğunu qeyd etməyib.
Həmçinin kiberhücumun arxasında kimlərin dayandığı, prezidentin hesabına birbaşa giriş əldə edilib-edilmədiyi və müdaxilənin tam aradan qaldırılıb-qaldırılmadığı barədə məlumat verilməyib.
Trampın "X" sosial şəbəkəsindəki köhnə paylaşımlarında yerləşdirilən internet keçidləri də oxşar haker müdaxiləsinə məruz qalıb.
Azərbaycan Prezidentinin “X” sosial şəbəkəsindəki rəsmi hesabı kiberhücumla üzləşib