İraqlı analitiklər: Müqavimətin silahı danışıq mövzusu deyil

Bəzi İraqlı analitiklər və siyasi xadimlər Amerika işğalçılarına və İŞİD terrorçularına qarşı mübarizədə müqavimətin mühüm roluna istinad edərək elan etdilər: Müqavimətin silahı danışıq yolu ilə həll edilə bilməz.

İraqı Amerika işğalçılarına qarşı müdafiə edən İslam müqavimətinə qarşı hazırlanmış sionist-amerikan niyyətləri və sui-qəsdləri, sionist planları və İŞİD terrorizmi ilə bağlı siyasi xəbərdarlıqlar artıb, çünki son zamanlar müqavimətin imicinə xələl gətirmək və qüvvələrini nüfuzdan salmaq məqsədi daşıyan planlaşdırılan media hücumları təşkil edilib. Hökumət həmçinin bu hücumları silah inhisarı adı altında dəstəkləyir.

Bu arada, bəzi İraqlı analitiklər və siyasi ekspertlər ABŞ-nin bu hücumlara verdiyi dəstəyə istinad edərək, bunun məqsədini müqaviməti silahsızlaşdırmaq, Vaşinqtonun və onun müttəfiqlərinin regionda və ondan kənarda maraqlarına uyğun hesab ediblər.

Bu baxımdan, müstəqil İraq siyasətçisi Casim Əl-Bayati Əl-Mə'lumaya verdiyi açıqlamada bildirib: "İraq müqavimət qrupları işğalçılara və terrorçu qruplara qarşı pak qanlar verib və 2014-cü ildə İraqın müxtəlif yerlərində terror hücumları ilə mübarizədə mühüm rol oynayıblar".

O əlavə edib: "Son bir neçə gündə müqavimət qruplarının imicinə xələl gətirməyə yönəlmiş yalan və şayiələrin yayılmasının şahidi olduq. Bu qrupların pis məqsədləri olduğu, müqavimət qruplarının isə İraq millətinin bir hissəsi olduğu və onlar tərəfindən dəstəkləndiyi görülür".

O, müqavimət qruplarının möhkəm bir sütun kimi Vaşinqtonla əlaqəli bəzi siyasətçilərin macəralarına qarşı ölkənin təhlükəsizliyini və sabitliyini və maraqlarını dəstəkləməyə davam etdiyini vurğulayıb.

İraqlı siyasi analitik Muəyyəd Əl-Əli "Kətaib Hizbullah"a qarşı media hücumunun illərdir planlaşdırıldığını qeyd edib və bildirib ki, bu hücumların məqsədi bölgədə terrorizmi dirçəltmək və işğal planlarına və sionist rejimlə münasibətlərin normallaşdırılmasına qarşı çıxdıqdan sonra müqaviməti zəiflətməkdir.

"Kətaib Hizbullah İraq daxilində müqavimətin təməli hesab olunur və əhəmiyyətli nailiyyətlər əldə edib. Bundan əlavə, tarixin də şahid olduğu kimi, bu qrup düşmənlərə qarşı ən mütəşəkkil, intizamlı və dözümlü qüvvədir, istər Amerika işğalçıları, istərsə də İŞİD terrorizmi olsun. Bundan əlavə, o, İraqın suverenliyi və hüquqları ilə bağlı mövqeyində heç vaxt tərəddüd etməyib və müqavimət və cihad yolunda çoxlu şəhid verib."