İran İraqın işığını kəsdi

İran yığılan borclar səbəbindən İraqa verilən elektrik enerjisini kəsib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, İranın Energetika Nazirliyinin mətbuat katibi Musab əl-Mudərris açıqlamasında borc qalığı üzündən dünəndən etibarən İraqa ötürülən enerjinin dayandırıldığını və Meysan, Zikar, Bəsrə əyalətlərində elektrik kəsintisinin uzadıldığını açıqlayıb.

Enerjinin bərpası üçün hazırda danışıqlar getdiyini deyən sözçü İraqa ixracatın tələbatı qarşılaya bilmədiyini də sözlərinə əlavə edib.