Bu barədə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Rusiya Enerji Həftəsi çərçivəsində danışıb.
Onun sözlərinə görə, SOCAR dünyada əvvəlcə “Qazprom”dan qaz alan, daha sonra bu şirkətə qaz tədarük edən, indi isə yenidən ondan qaz almaq istəyən yeganə şirkətdir.
“‘Qazprom’ kimi nəhəng şirkətlə əməkdaşlığımızın çox düzgün nümunə olduğunu qürurla deyə bilərik”, – Nəsirov bildirib.
Azərbaycan 2022-ci ildə də “Qazprom”la müqavilə bağlayaraq Rusiyadan 1 milyard kubmetrə qədər qaz idxal etmişdi.
Bu əməkdaşlıq Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan və Qərbin Rusiya enerji sektoruna qarşı sanksiyalarından sonra beynəlxalq mediada müzakirələrə səbəb olmuşdu.
Bir sıra nəşrlər Azərbaycan üzərindən Avropaya çatdırılan qazın bir hissəsinin Rusiya mənşəli ola biləcəyi barədə iddialar səsləndirmişdi.
2026-cı ildə Avropa İttifaqı Azərbaycan və Türkiyə üzərindən Avropaya daxil olan qazın Rusiya mənşəli olmadığının sənədlərlə sübut edilməsini tələb edən qaydalar qəbul edib.
Prezident İlham Əliyev isə əvvəlki qaz idxalını Azərbaycanın daxili tələbatının artması ilə əsaslandırıb.
Onun sözlərinə görə, ölkədə əhali və istehlak artır, metanol, karbamid və neft-kimya müəssisələri daha yüksək güclə işləyir.
Azərbaycan eyni zamanda Avropaya və digər bazarlara qaz ixracını artırmağa davam edir.
Azərbaycan Rusiyanın “Qazprom” şirkətindən yenidən qaz almaq niyyətindədir