"Salman Farsi" serialının çəkilişləri yekunlaşır

İran tarixinin ən bahalı serialının çəkilişlərinin əsas hissələri yekunlaşıb. 60 bölümü əhatə edəcək dini dram əsəri məşhur rejissor və ssenaristi Davud Mirbaqirinin əsəridir. Film İslam dünyasının böyük şəxsiyyəti, İslam Peyğəmbərinin (s) dəyərli səhabəsi Salman Farsinin həyatını əhatə edir. Serialın prodüseri Hüseyn Taheridir. Mirbaqiri filimin ssenarisinin 2000-ci ilin əvvəllərindən hazır olduğunu desə də, çəklişə başlamaq üçün hər dəfə bir maniənin irəli gəldiyini bildirir. Son problemlər isə serialın büdcəsinin olduqca böyük olması ilə bağlı olur.

Bu tarixi serial Salman Farsinin doğumdan ölümünə qədər həyatı və hicrətini əks etdirir. Serialda Salman bir zərdüşti kimi erkən həyatının çox hissəsini Maqi (zərdüşti ruhanisi) olmaq üçün elmə həsr edir. Daha sonra o, İranı tərk edir və digər dini qruplarla dinlərarası dialoq aparmaq üçün Qərbi Asiyaya səyahətlərinə başlayır. Onun axtarışları sonda onun xristianlığı qəbul etməsinə və təxminən 70 il ərzində müxtəlif Bizans şəhərlərində, kilsələrində və monastırlarında gəzməsinə səbəb olur.

Mədinədə Məhəmməd Peyğəmbərlə (s) görüşdükdən sonra Salman İslamı qəbul edir və ən görkəmli qeyri-ərəb səhabələrindən biri olaraq peyğəmbərin (s) yaxın dostları sırasına qoşulur.

"Salman Farsi" televiziya serialının prodüseri bu serialın son üç bölümünün Qədir Xum hadisəsinə həsr olunduğunu və serial hekayəsinin bu mühüm tarixi hadisə ilə bitdiyini açıqlayıb. Taheri serialın sonu barədə belə bildirib: "Bir vaxtlar hekayənin İslam Peyğəmbərinin (s) vəfatına qədər davam etməsi nəzərdə tutulurdu, lakin sonda serialın Qədir hadisəsi ilə bitməsinə qərar verildi və bu hadisə hekayənin xoşbəxt sonluğu kimi seçildi".

"Salman Farsi" serialı Amerikanın İrana hücumu səbəbindən çəkilişlər nəzərdə tutulan vaxtda bitə bilməyib. Heyət filmin 2027-ci ildə tam yayıma başlayacağına ümid edir.