Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir.
Vəkil bu barədə sosial media hesabında məlumat yayıb.
Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var.
Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir.
Sadqıqova xatırladır ki, Aynur Elgünəş şiş və böyrək xəstəliyindən, tez-tez yüksələn təzyiqdən əziyyət çəkir. Şəmşad Ağanın mədə, Ələsgər Məmmədlinin şiş, Ruslan İzzətlinin öd, Fərid İsmayılovun ağciyər və ürək, Ülvi Həsənlinin isə ürək xəstəliyi olduğu bildirilir.
Sadıqova Bəhruz Səmədovun dəri ekzeması və psixoloji problemlərinin olduğunu da qeyd edib.
Vəkil Ədliyyə Nazirliyinin məlumatına istinadla yazıb ki, 2026-cı ilin yanvar-iyun aylarında penitensiar müəssisələrdə 64 ölüm halı qeydə alınıb. Onun sözlərinə görə, 2025-ci ildə isə müəssisələrdə 153 nəfər ölüb.
Sadıqova ölüm halları ilə bağlı daha ətraflı məlumatın açıqlanmasına çağırıb. O, saxlanılanların hansı xəstəliklərdən əziyyət çəkdiyi, ölüm hallarının hansı müəssisələrdə baş verdiyi, eləcə də məhbusların nə dərəcədə müntəzəm tibbi müayinədən keçirildiyi barədə sualların cavablandırılmalı olduğunu bildirib.
Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var

Oxşar xəbərlər