Dünya artıq, ehtimal ki, Üçüncü Dünya müharibəsinin ilk ilini yaşayır.
Bu barədə Qətərin Xarici İşlər Nazirliyinin rəsmisi Məcid əl-Ənsari bildirib.
O, bir dəfə həmkarının ona dediyi sözləri xatırladıb. Həmkarı qeyd edib ki, 1940 və ya 1941-ci illərdə yaşamış insanlar İkinci Dünya müharibəsinin ikinci, yaxud üçüncü ilində olduqlarını dərk etmirdilər. Bu, yalnız illər keçdikdən sonra aydın oldu.
“Beləliklə, bu gün Üçüncü Dünya müharibəsinin ilk ilini yaşamağımız tamamilə mümkündür. Əlbəttə, əgər bütün bu böhranları həll edə bilməsək…”, – deyə əl-Ənsari bildirib.
Qətər: 3-cü dünya müharibəsi artıq başlayıb…