İordaniyanın Kərək şəhərində yerləşən kilsələrdən birində törədilən silahlı hücum nəticəsində ilkin məlumatlara görə azı 7 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
İordaniya dövlət televiziyasının yaydığı məlumata görə, hadisə Kərək şəhərindəki “Hammod” kilsəsində dəfn mərasimi keçirilən zaman baş verib. Şəxsiyyəti hələlik müəyyən edilməyən naməlum şəxslər mərasimə toplaşanlara qəfil atəş açıblar.
Hücum nəticəsində ən azı 7 nəfərin həlak olduğu, 10 nəfərin isə xəsarət aldığı bildirilir. Məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Hadisənin təfərrüatları və hücumu törədənlərin kimliyi ilə bağlı hələlik əlavə ətraflı məlumat verilməyib. Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırmalara başlanılıb.
İordaniyada kilsəyə silahlı hücum: Ölənlər və yaralananlar var