İranın məhkəmə sisteminin rəhbəri Höccətül-islam vəl-müslimin Qulam Hüseyn Möhsini Ejei İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşərək fikir mübadiləsi aparıb.
Görüşdə ictimai ədalətin təmin edilməsi və korrupsiya ilə onun əsas mənbələrinə qarşı təsirli mübarizə yolu ilə sistemə ictimai etimadın artırılması, işlərə sürətli, dəqiq və qətiyyətlə baxılması, məhkəmə qərarlarının vaxtında və çəkindirici təsir göstərəcək şəkildə icra olunması, məhkəmə sistemində hərtərəfli və nəzərəçarpan dəyişikliklərin həyata keçirilməsi, mühüm məsələlərdə, xüsusilə qanunların düzgün icrasına nəzarət, mütəmadi yoxlamaların aparılması, təşkilat və qurumların idarə edilməsinə dəstək göstərilməsi sahələrində müasir texnologiyalardan maksimum istifadə olunması, cinayətə səbəb olan hərəkətsizlik hallarına baxılması, məsul qurumlarla əməkdaşlıq çərçivəsində cinayətkarlıqla qətiyyətlə mübarizə aparılması və qanun pozuntularına şərait yaradan amillərin aradan qaldırılması, habelə ABŞ–sionist cinayətkarlarının törətdikləri cinayətlər nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi və hüquqların bərpası istiqamətində qətiyyətli fəaliyyətin vacibliyi vurğulanıb.
Görüşün əvvəlində Höccətül-islam Möhsini Ejei məhkəmə sisteminin yeni dövr üçün nəzərdə tutulan proqramları, o cümlədən məhkəmə islahatları sənədinin yenilənməsi və proseslərin rəqəmsallaşdırılmasının sürətləndirilməsi barədə hesabat təqdim edib. Bildirilib ki, bu tədbirlər işlərə baxılmasına sərf olunan vaxtın azaldılması, xərclərin aşağı salınması, məhkəmə qərarlarının əsaslılığının təmin edilməsi və məhkəmə sistemi əməkdaşlarının fəaliyyətində şəffaflığın artırılması məqsədi daşıyır.
Ayətullah Müctəba Xamenei müasir texnologiyalardan maksimum istifadəni tapşırıb

Oxşar xəbərlər