İran prezidenti Həsən Ruhani paytaxt Tahranda Nazirlər Kabineti toplantısından sonra etdiyi çıxışında ABŞ sanksiyalarını şərh edib.
İran mediasının məlumatına görə, Həsən Ruhani bu gün Yaponiyanın baş naziri Abe Şinzoyla, sabah da Qırğısıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı yığıncağında əhəmiyyətli görüşlər keçirəcəyini bildirərək, "ABŞ-ın ölkəmizə qarşı təzyiqləri zirvəyə çıxıb, lakin sanksiyaların gücü həqiqətən sona çatmaq üzrədir. Sanksiya və təzyiqlər təsir gücünü itirdi, daha da təsirsiz hala gələcək", - deyə danışıb.
ABŞ sanksiyalarına baxmayaraq yaxşı vəziyyətdə olduqlarını, ancaq bunun bütün problemlərin həll edildiyi mənasını vermədiyinə işarə edən Ruhani, "ABŞ-ın ölkəmizə qarşı tətbiq etdiyi bu cür sanksiyaların tarixdə bənzəri yoxdur. BMT xətti ilə ölkəmizə qarşı tətbiq olunan sanksiyalar ilə ABŞ-ın bugünkü embarqoları müqayisə edilə bilməz", - deyə bildirib:
"Ötən gün Tehranda səfərdə olan Almaniya Xarici İşlər naziri Heiko Maas da açıq şəkildə ABŞ-ın səhv etdiyini söylədi. Pisliyimizi istəyənləri haqq, ədalət və müzakirə masasına çəkəcəyik və səhv etdiklərini qəbul etmək məcburiyyətində qoyacağıq. Əvvəllər sağa-sola istədikləri kimi danışanlar indi daha münasib səviyyəyə endiblər və şübhə yoxdur ki, səhv yoldan geri addım atacaqlar."
Ruhani: Onları səhv etdiklərini qəbul etmək məcburiyyətində qoyacağıq

Oxşar xəbərlər