İslam təqvimi ilə “Əyyami Fatimiyyə” günləri daxil olub

İslam təqvimi ilə “Əyyami Fatimiyyə” günləri daxil olur.

“Əyyami-Fatimiyyə” ərəb dilindən tərcümədə “Fatimə günləri” deməkdir. Həzrət Fatimənin (əleyhasəlam) şəhadəti rəvayətlərə görə bir neçə tarixdə qeyd edilib ki, iki tarix daha məşhurdur. Bir rəvayətə görə, o həzrət əziz atası həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından 75 gün sonra, digər rəvayətə görə isə 95 gün sonra şəhadətə çatmışdır. Bu hesabla Xanımın vəfatı camadiul əvvəl ayının 13-də və camadiul sani ayının 3-də qeyd edilir. Bu ikisinin arasındakı 20 günə “Əyyami-Fatimiyyə” deyirlər.

Həzrəti Fatimə haqqında…

Həzrət Fatimənin adları

Allahın Peyğəmbəri(s):«Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.

İmam Sadiq (ə):”Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra.

Umarə:”İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə üçün “Zəhra” (parlaq) adlandırıblar? Buyurdu:”Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı.”

Fatimə mənim bədənimin bir parçasıdır.

Allahın Peyğəmbəri(s):”Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.

Allahın Peyğəmbəri(s): “Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir.”

Fatimə dünya xanımlarının xanımıdır

Allahın Peyğəmbəri(s):”Qızım Fatimə dünya xanımlarının xanımıdır.”

Allahın Peyğəmbəri(s):”Fatimə Cənnət xanımlarının xanımıdır”.

Allahın Peyğəmbəri(s):”Qızım Fatimə dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün qadınlarının xanımıdır”.

Fatimə qəzəblənəndə Allah da qəzəblənir.

Allahın Peyğəmbəri(s) Fatimə əleyhəs-səlama buyurub:”Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur.”