Orta məktəblərbə baş örtüyü qadağasından sonra yaranan etiraz dalğası böyüməkdə davam edir. Qeyri-rəsmi məlumatlara görə çoxsaylı saxlanılanlar da var. Lakin eyni halda hər gün hicablı məktəblilər qapılarından içəri buraxılmadıqları təhsil ocaqlarına gələrək alınan təhsil hüquqlarının qaytarılması üçün mübarizələrini də davam etdirirlər.
Onların haqli mücadilələrinə həbsxana divarları arasına məhkum edilən məhbuslar da öz dəstəyini göstərməkdə davam edirlər. Dəmir barmaqlıqlar arasında olan məhbuslar hicablı qız uşaqlarının təhsildən məhrum edilən hüquqlarının müdafiə olunmasını tələb edirlər.
Məsələyə aclıq aksiyası ilə diqqət çəkən məhbuslar sırasına bu gün daha dörd şəxs də qoşulub. Bu Umbakı ciddi qapalı müəsisəsindən Meybullayev Gənci, 11 saylı cəzaçəkmə müəsisəsindən İbrahimov Elşad, Məsiyev Rasim və Əlişov Sakitdir. Onlar hicablı qızların təhsil hüquqlarının bərpa olunmasını tələb edirlər.
Cəzaçəkmə müəsisələrində daha 4 məhbus aclıq aksiyasına qoşulub

Oxşar xəbərlər