Oktyabrın 16-da Marneulidə yerləşən İmam Əli (ə) məscidində keçirilən cümə xütbəsində tanınmış ruhani Hacı Qurban Murquzov Azərbaycanda hicabla bağlı tətbiq olunan məhdudiyyətlərə münasibət bildirib.
Hacı Qurban Murquzov çıxışında vurğulayıb ki, hicab məsələsi yeni deyil və Azərbaycanda dini məhdudiyyətlər, o cümlədən bu sahədəki problemlər uzun illərdir mövcuddur. O, məsələni daha geniş müstəvidə qiymətləndirərək, dünyada İslam və din əleyhinə təbliğatın güclənməsinə diqqət çəkib.
Ruhani bildirib ki, cəmiyyətdə əvvəlki məhdudiyyətlərə vaxtında və lazımi reaksiya verilməməsi nəticədə daha ciddi problemlərə səbəb olub. O, yazılmamış qaydaların bəzən rəsmi qanunlardan daha təsirli olduğunu qeyd edərək, hicab məsələsində də bu vəziyyətin müşahidə olunduğunu vurğulayıb.
Məktəblərdə vahid forma tətbiqinin sosial bərabərliyin və uyğun təhsil mühitinin yaradılması baxımından əhəmiyyətini qəbul edən Hacı Qurban Murquzov bununla yanaşı, dünyəvilik prinsipinin müsəlmanların dini dəyərləri ilə ziddiyyət təşkil edəcək şəkildə tətbiq olunmasını tənqid edib.
Çıxışının sonunda ruhani hicablı uşaqların və ailələrin yaşadığı çətinliklərə toxunaraq, mövcud vəziyyətin narahatlıq doğurduğunu bildirib. O, hicabla bağlı rəsmi qərar olmasa belə, tətbiq edilən məhdudiyyətlərin ciddi narahatlıqlar yaratdığına diqqət çəkib.
Hacı Qurban Murquzov Azərbaycanda hicab qadağasını tənqid etdi

Oxşar xəbərlər